Modern.az

Rektor: “Müəllimlər İnstitutunda magistratura və doktoranturaya qəbul qadağan olunmayıb”

Rektor: “Müəllimlər İnstitutunda magistratura və doktoranturaya qəbul qadağan olunmayıb”

10 İyul 2012, 18:23

Aqiyə Naxçıvanlı: “Qəbulu özümüz dayandırmışıq”


Bir müddət əvvəl bir sıra özəl ali məktəblərdə – “Təfəkkür” Universiteti, Bakı Asiya Universiteti, Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, dövlət universitetlərindən isə Mingəçevir Politexnik Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbulun dayandırıldığı bildirildi. Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı isə Modern.az-a açıqlamasında qeyd edib ki,  Müəllimlər  İnstitutunda magistraturaya, doktoranturaya qəbulun qadağan olunması doğru deyil.

“Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya, doktoranturaya qəbula qadağa qoyulmasını televiziyada eşitdik. Amma bu, həqiqət deyil. Biz özümüz qəbulu dayandırmışıq.  Çünki əlavə təhsillə bağlı problemlərimiz var. Yəqin ki, dissertanturaya da qəbul olmayacaq, çünki kifayət qədər dissertantlarımız var ki, biz onların üzərində işləyib, başa çatdırmalıyıq, yoxsa elə bir qıraqdan plan üzrə götür  ə axırda da onları yarı yolda saxla. Bu, bizə lazım deyil. Yəni biz bunları planlı şəkildə edirik. Biz praktik-müəllim hazırlayırıq, elm sahəsində alimlər hazırlamırıq. Bu  alimlərlə məşğul olanda bizim o biri işlərimiz qalır. Hesab edirik ki, filiallarımıza və instituta 20-25 nəfər alim kifayət edir. Tutalım, o  birilərin biz hazırladıq  və onlar da yerini tapmadı. Bəs onda onları kim üçün hazırlayırıq?!”, – deyə rektor qeyd edib.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?