Modern.az

Ailə qurma modeli: valideyn xeyir-duası ilə evlənmək, yoxsa...

Ailə qurma modeli: valideyn xeyir-duası ilə evlənmək, yoxsa...

11 İyul 2012, 13:19

Gənclər ikincini seçir – qarşılıqlı sevgini

Azərbaycanda ailə qurmanın iki formatı var: qarşılıqlı sevgi əsasında və valideyn tövsiyəsi. Respondentlərimiz bu formatlardan hansını düzgün sayır?

Gənc Sevinc Vəliyeva məsələyə belə münasibət bildirdi: “Əvvəlki zamanlarda ailəyə müdaxilə olurdu, müasir dövrdə isə gənclərin həyata baxış tərzi tamamilə fərqlidir. Məncə, ailə qurmazdan əvvəl gənclər bir-birini daha yaxından tanımalıdırlar”.

Aysel Rəhimovanın fikri: “Atamın sözündən çıxa bilmədiyimdən məcburən ərə getdim. Ailəm üç ildən sonra dağıldı. Xanımlara məsləhətim odur ki, seçim edəndə bilməlidirlər ki, bu, həyatda atdıqları ən vacib addımdır. O addımda onlar çox ehtiyatlı olmalıdırlar, min ölçüb bir biçməlidirlər”.

Yaşlı nəslin nümayəndəsi Səkinə nənə fikirləşir ki, ailə valideynin xeyir-duası ilə qurulmalıdır. “Müxtəlif ailələrdə tərbiyə görən gənclərimiz var ki, onların bəzilərinə güvənmək olur, bəziləri isə ailədə gördüyü tərbiyəyə əsaslanaraq onlar özlərinə qarşı olan etibarı itirirlər. Gənclərimiz ailə həyatı qurduqda daha ehtiyatlı olmalı və bunun onların həyatında çox önəmli olduğunu bilməlidirlər. Ailənin təməlinin daha möhkəm olması üçün qarşılıqlı hörmət və yüksək mədəniyyət olmalıdır”.

Milli Məclis üzvü Gövhər Baxşəliyevanın bu məsələdə valideynin məsləhətinin önəmli olduğunu  söylədi: “Ailə quran gənclər, ilk növbədə, öz valideynlərinin xeyir-duasını almalıdır. Təzyiq altında qurulan ailələrin axırı olmur. Ailə-məişət münasibətlərində, ümumiyyətlə millətin inkişafı məsələsində, bir sözlə cəmiyyətdə olan problemlərin həlli məsələsində millətin mədəniyyət səviyyəsi yüksəlməlidir. Ailə-nikah məsələsində mədəni səviyyə yüksək olmalıdır. Gənclərimizdə yaxşı olardı ki, bu istiqamətdə məktəblərdə dərslər keçirilsin. Bununla gənclərimiz biləcəklər ki, ailədə münasibətlər necə olur.

Hüseyn Cavidin məşhur olan  bir sözünü xatırlatmaq istəyirəm:  “Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət mədəniyyət”. Ailə yüksək mədəniyyət əsasında qurulmalıdır  və valideynlər qətiyyən gənclərin ailə həyatına  müdaxilə etməməlidir”.

Günay Aydın

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?