Modern.az

Ali məktəblərə builki qəbul planı təsdiqləndi

Ali məktəblərə builki qəbul planı təsdiqləndi

11 İyul 2012, 14:34


Modern.az saytının xəbərinə görə, Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası 2012-2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə qəbul planını təsdiqləyib.

Əldə etdiyimiz xəbərdə deyilir ki, ötən illə müqayisədə qəbul planındakı yerlərin sayı xeyli artırılaraq təxminən 35 minə çatdırılıb.

Yeni qəbul planının artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edildiyi bildirilir. TQDK-nın tezliklə builki qəbul planı ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il ali məktəblərə qəbul planında 31 min 519 yer var idi. Onlardan 9848 yer I, 8988 yer II, 8839 III, 3844 yer isə IV ixtisas qrupuna ayrılmışdı.

TQDK sədri sədri Məleykə Abbaszadə də bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki,
yeni tədris ili üzrə ali məktəblərə qəbul planında yerlərin sayı ötən ilkinə nisbətən 9,5 faiz artırılacaq.

2012-ci ildə ali məktəblərə qəbul imtahanları aşağıdakı qrafik üzrə keçiriləcək:

III ixtisas qrupu üzrə  - 14 iyul
I ixtisas qrupu üzrə  - 20 iyul
IV ixtisas qrupu üzrə – 27 iyul
II ixtisas qrupu üzrə – 3 avqust  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?