Modern.az

Ayaz Mütəllibov Mərdəkan sakinləri ilə görüşüb

Ayaz Mütəllibov Mərdəkan sakinləri ilə görüşüb

12 İyul 2012, 12:25

20 illik mühacirətdən sonra vətənə qayıdan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Mərdəkan camaatı ilə görüşüb. Bu barədə Modern.az saytına vaxtilə eks-prezidentin hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx Əbdül Mahmudbəyov məlumat verib.

Onun sözlərinə görə, Ayaz Mütəllibovun vətənə qayıdışı ölkə miqyasında onu dəstəkləyən insanlarla yanaşı, sabiq prezidentin doğma kəndində də böyük sevinclə qarşılanıb.

“Sözün açığı Ayaz Mütəllibov Bakıya gələndə mən burada deyildim. Film çəkilişləri ilə əlaqədar Azərbaycandan kənarda idim. Dünən qayıtmışam. Buna görə də, mən Ayaz müəllimi görə bilməmişəm. Ancaq onun uzun illərdən sonra vətəninə, doğma elinə qayıtmasına ürəkdən sevindim. Ölkə başçısına da minnətdarlığımı bildirirəm buna görə”.

Şeyx Əbdül Ayaz Mütəllibovun Bakıya gəlişindən sonra doğmaları və qohumları ilə yanaşı, Mərdəkan sakinləri ilə də görüşdüyünü bildirib.

“Təbii ki, Ayaz müəllim mənim həm kəndlim, həm də yaxın qohumumdur. Bu qayıdışla əlaqədar qohumlar, yaxınlar Ayaz müəllimi ziyarət edirlər, hal-əhvalını soruşurlar”,- deyə Ə.Mahmudbəyov bildirib.

Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov 20 il ayrılıqdan sonra iyulun 7-də Bakıya dönüb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?