Modern.az

Azərbaycanda neçə Xalq şairi və Xalq yazıçısı sağdır? - SİYAHI

Azərbaycanda neçə Xalq şairi və Xalq yazıçısı sağdır? - SİYAHI

13 İyul 2012, 17:10

Azərbaycanda hazırda 6 nəfər Xalq şairi və 9 nəfər Xalq yazıçısı həyatdadır. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib.

Ə.Əsgəroğlunun sözlərinə görə, Xalq yazıçı və Xalq şairi adına görə həmin ədəbiyyat nümayəndələrinə 50 manat müavinət verilir.

Modern.az saytı bu adlara layiq görülən yazıçı və şairlərin siyahısını təqdim edir.

Xalq şairləri

Söhrab Tahir
Nəriman Həsənzadə
Fikrət Qoca
Vaqif Səmədoğlu
Sabir Rüstəmxanlı
Zəlimxan Yaqub

Xalq yazıçıları

Gülhüseyn Hüseynoğlu
İsa Hüseynov
Əkrəm Əylisli
Maqsud İbrahimbəyov
Anar Rzayev
Elçin Əfəndiyev
Rüstəm İbrahimbəyov
Mövlud Süleymanlı
Çingiz Abdullayev

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?