Modern.az

Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulu başa çatdı

Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulu başa çatdı

17 İyul 2012, 16:01

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 2012-ci il üçün Həcc ziyarətinə ayırdığı 2 min nəfərlik kvota dolub. Bu barədə Modern.az saytına QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

M.Payızov bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı tərəfindən ölkəmizə ayrılan Həcc kvotasında 2 min nəfərlik yer artıq dolub. Kvota dolduğu üçün QMİ sənəd qəbulunu dayandırıb.

”Qafqaz Müsəlmanları İdarəsi artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanı Krallığı tərəfindən ölkəmizə ayrılan kvotadan əlavə zəvvar aparmır. Kvota dolanda biz sənəd qəbulunu dayandırırıq və əlavə sənəd qəbul olunmur”.

QMİ rəsmisi bu il gedən zəvvarlar arasında məhşurların olmadığını bildirib:
“Mən siyahıda hansısa yadda qalan məhşurun adı rast gəlməmişəm”.

Qeyd edək ki, bu il Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Zəvvarlar müqəddəs ziyarətgaha yalnız təyyarə ilə aparılacaqlar. Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət göstəriləcək: 3090 manat və 3850 manat.
3090 manat ödəyənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalacaqlar.

Zəvvarlarımız oktyabr ayın 14-dən başlayaraq gündə 2 təyyarə ilə yola düşəcəklər.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?