Modern.az

Rusiyalı deputatlar Xankəndinə “seçkiləri” müşahidə etməyə gəlib

Rusiyalı deputatlar Xankəndinə “seçkiləri” müşahidə etməyə gəlib

19 İyul 2012, 13:08

Dövlət Dumasının üzvləri separatçı rejimə dəstək nümayiş etdirirlər

Rusiya Dövlət Dumasının bir qrup deputatı Dağlıq Qarabağdakı separatçı rejimin bu gün  keçirdiyi «prezident seçkiləri»ni müşahidə etmək üçün işğal altında olan Azərbaycan ərazilərinə gəliblər. Modern.az bildirir ki, dünən Ermənistana gələn nümayəndə heyətini parlamentin vitse-spikeri Eduard Şarmazanov qəbul edib. Dövlət Dumasının deputatı Aleksandr Balberov görüşdə bildirib ki, onların bu səfəri münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyü barədə bir mesajdır.
LDPR-i təmsil edən Balberov deyib ki, “münaqaişə ilə bağlı xarici hərbi müdaxilə yolverilməzdir”. 
“Kimin rəhbərliyi altında yaşamasını xalq özü müəyyn etməlidir”-deyən deputat sonda qondarma seçkini “Qarabağ xalqının iradəsinin ifadəsi” adlandırıb. Dövlət Dumasının digər deputatı İvan Suxarev, İctimai Palatanın üzvü Denis Dvornikov da görüşdə seçkilərə dəstək nümayiş etdiriblər.

Rusiyalı deputatlar artıq Dağlıq Qarabağ ərazisinə gəliblər. Bu gün səhərdən onlar Xankəndində “seçkiləri” müşahidə edirlər.

Qeyd edək ki, bu gün separatçı rejim özünün növbəti “prezidident seçkilərini” keçirir.

Azərbaycan Respublikası dəfələrlə rəsmi şəkildə bu qondarma seçkilərə etiraz edib.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?