Modern.az

Psixoloqun qəbul imtahanlarına gedən abturiyentlərə məsləhəti: “Bunları mütləq bilin..”

Psixoloqun qəbul imtahanlarına gedən abturiyentlərə məsləhəti: “Bunları mütləq bilin..”

20 İyul 2012, 10:39


Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. Bu, 2012-2013 tədris ilində ikinci qəbul imtahanıdır. Bu baxımdan ali məktəbə imtahan verdiyi gün abituriyent üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu və narahatverici günlərdən biri olur. Bu imtahan doğrudan da bir çox gənclərin həyatı üçün önəmli bir mərhələdir. Buna görə də imtahana mümkün qədər savadlı getmək, psixoloji və fiziki cəhətdən ona hazır olmaq lazımdır. Bu günə necə hazırlaşmaq lazımdır? Psixoloqun fikirləri abituriyentlər üçün daha əhəmiyyətli ola bilər.

Psixoloq Elnur Rüstəmov Modern.az-a açıqlamasında qəbul imtahanı verəcək abituriyentlər üçün bir sıra məsləhətlər verib. Psixoloqun sözlərinə görə, müəyyən qədər stress imtahanın gedişatına müsbət təsirini göstərə bilir. Belə ki, stress abituriyenti imtahana adaptasiya etdirən bir faktordur.

“Yaxşı olar ki, abituriyent sabah imtahan verəcəyi məkanı qabaqcadan tanısın”

“Stress gündəlik həyatımızda da bizi formalaşdırır. Sadəcə, bəzən stress prosesin gedişatına mənfi təsir göstərə bilir. Söhbət məhz bu stersdən gedir ki, abituriyent onu keçirən zaman bəzi bildiklərini yaza bilmir. Buna təsi göstərən faktorlar odur ki, bizim imtahan haqqında yanaşmalarımız həmişə fərqli olub. Sanki orada xüsusi hallar baş verə bilər. Amma bunlar yoxdur. Yaxşı olar ki, abituriyent sabah imtahan verəcəyi məkanı qabaqcadan tanısın. Əgər imkanı varsa, orada olmalıdır və bir az onun ətrafında gəzişməlidir. Biz bunun əyani ifadəsinin nədə görə bilərik? Abituriyent repetitor yanında, evində yaxşı yazır, amma imtahanda yaza bilmir. Çünki o məkan ona tanış deyil. Həmin o adaptasiya prosesi zamanın itirilməsinə və diqqətin cəmlənməsi mənfi təsir göstərir. O imtahan bir gün qalmış gedib həmin məkanı görə bilsə, bu hal abituriyentə çox yaxşı bir təsir göstərə bilər”.

“Xanım abituriyentlər öz geyimlərinə diqqət yetirməlidirlər”

Psixoloq E.Rüstəmov bildirib ki, abituriyentin imtahandan bir gün qabaq günün ikinci yarısında gəzməyə, müəyyən qədər açıq havada olmağa diqqət yetirməsi onu daha rahat edə bilər. Psixoloq imtahana gedən qızlara geyimlərinə daha çox fikir vermələrini məsləhət görüb:

“Bu onun yuxu sisteminin normal qaydada olmasına təsir göstərəcək. Axşamlar ağır yeməkdən uzaq durmaq lazımdır. Çünki o yatmaq prosesinə mənfi təsir göstərə bilər. İmtahanda ona yaxşı təsir göstərən paltarı geyinməlidir. Söhbət təzə və yaxud köhn paltardan getmir. Əsas odur hansı rahatdır, onu geyinsin. Xüsusilə xanım abituriyentlər öz geyimlərinə birmənalı şəkildə diqqət yetirməlidirlər. Onun geyimi diqqət cəlb etməli deyil. Kənar təsirlərə yol açmağa ehtiyac yoxdur. Tutaq ki, kiminsə ona baxmağı kifayət edir ki, bəzən fikirini cəmləşdirə bilməsin və bir qədər yaxşı nəticə əldə edə bilməsin”. 

Psixoloqun sözlərinə görə, imtahan binasına giriş zamanı bir sıra problemlər yaşanır ki, abituriyentlər bu zaman yorulurlar. Onu da əlavə edib ki, imtahana ayrılan 3 saat vaxt ərzində də, bir çox abituriyent səbirsizliyin “qurbanı” olur:

“Abituriyent fikirləşir ki, qapının qabağında mütləq bir növbə düzəltmək lazımdır. Birinci keçmək üstün bunu edirlər. Nəzərə almaq lazımdır ki, içəriyə saat 9:00 keçirsənsə, imtahan 11:00 başlayır. İmtahana qədər arada iki saat vaxt olur və bu iki saat ərzində bir qrup abituriyentdə yorulmalar baş verir. Onda emosional sfera zəifləyir. İmtahan başlayan ərəfədə də öz fikirini cəmləşdirə bilmir. Bütün bu məqamlarda çalışmaq lazımdır ki, tələsməyəsən. Onsuz da imtahan 11:00 başlayacaq. Orada növbə yaratmaq lazım deyil. Çox rahat şəkildə həyətdə gəzişə bilərsiniz. Digər bir tərəfdən imtahan 3 saat gedir. Normal insanda ola bilər ki, bir saatdan sonra diqqət yayınsın. Bu diqqət yayınma prosesində abituriyent arada fasilə götürməyi bacarmalıdır. Amma bir çoxları bizdə bunu bacarmır. Əksər səhvlərə imtahandan bir saat yarım keçəndən sonra yazılanlarda rast gəlinir. İmtahan sonu yaxınlaşdıqca o hislərini cilovlaya bilmir. Deyir nə oldu yazım, yetərki burdan çıxım”.

E.Rüstəmov abituriyentlərin imtahandan çıxma prosesində olan problemlərdən də danışıb. Bunun daha çox valideynlərin qorxusundan törəndiyini deyib:

“İmtahan binasının önündə övladını gözləyən valideynlərin birinci sualı belə olur ki, neçəsini yazmısan? Abituriyent də bundan sığortalanmalıdır. Fikirləşir ki, 110-dan aşağı yazsam, mənə savadsız biri kimi baxarlar. Hansı ki, ona qiyməti TQDK nəticələri yoxlayandan sonra verir”.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?