2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri əsasən 9038 abituriyent ixtisas seçimində iştirak edə biləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından(TQDK) verilən məlumata görə, III qrup üzrə builki imtahanlarda 8 abituriyent 690-700 bal arası ən yüksək nəticə göstərib. Bildirilib ki, yüksək nəticə qazananlar Azərbaycan dili bölməsi abituriyentləridir. Rusi dili bölməsi üzrə isə yüksək göstərici qeydə alınmayıb. 10-18 nəfər isə 680-690 ball toplaya bilib. Ümumilikdə bir nəfər 700 bal, 25 nəfər isə 680 bal toplayıb.
Qeyd edək ki, II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq.
III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Mail Ağaxanov