Modern.az

Ermənistandan gələn var: “İrəvandakı Göy məsciddə namaz qılarkən ruhum təzələndi” - MÜSAHİBƏ

Ermənistandan gələn var: “İrəvandakı Göy məsciddə namaz qılarkən ruhum təzələndi” - MÜSAHİBƏ

20 İyul 2012, 16:45

Hasan Oktay: “İrəvan küçələrində yürüyərkən elə bilirəm Hüseyn Əli Xan, Həsən Xan qarşıma çıxacaq”


Doktor Hasan Oktay Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanıdır. İrəvan xanlığı üzrə doktorluq müdafiə edib. Elmi fəaliyyəti ilə başlı tez-tez Ermənistanda səfərdə olan Hasan hocanın İrəvanın mərkəzi və tarixi yerlərində əli ilə türklük simvolu olan bozqurd işarəsi tutaraq şəkillər çəkdirməsi  hamının diqqətinə səbəb olub. Xüsusən, İrəvanın mərkəzi olan Teatr meydanında onun bozqurd işarəsi tutaraq şəkil çəkdirməsi Azərbaycanda da görənlərin rəğbiətini qazanıb.

Hasan Oktay İrəvana səfərləri və bu yöndə elmi fəaliyyəti ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.

- Hocam, Irəvanın mərkəzindəki rəsminiz çox təsirli və qürurvericidir.

- Eyvallah, sağ olasınız.

- İrəvana nə zaman getmişdiniz?

- 2004-cü ildə bəri ən azı 10 dəfə getmişəm. Səfərlərimin məqsədi akademik çalışmalarımdır. Mənim doktorluq mövzum Rəvan xanlığı ilə bağlıdır (Hasan hoca İrəvana Rəvan dediyi üçün biz də onun cavablarında bu şəkildə saxladıq).

- Maraqlıdır, dəvətlə gedirsiniz, ya özünüz?

- Adətən özüm gedirəm. Orada on dəfə olmuşam. On səyahətdən ancaq ikisi dəvət əsasında olub. Orada beynəlxalq elmi konfrans keçirilirdi, mən də iştirak edirdim.

- Bir türk olaraq Ermənistanda, İrəvanda olarkən hansı duyğuları keçirirsiniz?

- Bu məsələ çox həssasdır. Rəvan mənim üçün çox ilginc bir yer olaraq hər zaman düşüncəmdə qalacaqdır. Bir türk olaraq Rəvanın mənim duyğu dünyamda yeri çox fərqlidir. Tiflisdə, Təbrizdə Bakıda bulunmuş biri olaraq Rəvandakı ruh halım tamam başqa olmuşdur. Küçələrdə yürüyərkən Rəvan xanı Hüseyn Əli Xan və Rəvan sərdarı Həsən xan ilə anidən qarşılaşacağam kimi bir hiss oyanmaqdaydı məndə. Hələ Göyməsciddə namaz qılarkən də, bunun ruh halı başbaşqadır.

- İndi orada yaşayan insanları saymasaq, İrəvan indiki halı ilə bir türk, Azərbaycan torpağı, şəhəri olduğu  zahirən hiss edilirmi? Və İrəvanı başqa hansı şəhərə bənzədirsiniz?

- Rəvanda yaşayan insanlarla Anadoludakı ermənilər arasında fərq yoxdur zatən. Rəvanda yaşayanların çoxu Aanadoludan buralara ruslar tərəfindən oralara köçürülüblər. Onun üçün buradakı insanları da nəzərə almaq lazımdır. Amma Rəvanda ruslar tərəfindən Azərbaycan, türk əsərləri yox edilmiş sistemli bir biçimdə. Bir tək Göy məscid qalıb ayaqda. Oranı da hazırda İran Mədəniyyət Mərkəzi kimi istifadə edirlər.

- Hasan hoca. İrəvanın önəmli yerlərində bozqurd işarəsi ilə rəsmilər çəkdirmisiniz. Bununla nə söyləmək istəyirdiniz?

- Anadoluda bir türkü var:  

Kırmızı gül demet demet,
Sevda değil bir alamet.
Gitti gelmez o muhannet,
Şol Revanda balam kaldı.

Kırmızı gül her dem olsa,
Yaralara merhem olsa.
Ol tabipten derman gelse,
Şol Revanda balam kaldı.

Kırmızı gülün hazanı,
Ağaçlar döker gazeli.
Kara yağızın güzeli,
Şol Revanda balam kaldı.

Buradaki “Sevda değil bir alamet” deyilən yer Rəvandır. Rəvan sevdadan da ötə bir yerdir. Rəvanın hər köşəsində bir bozqurd yaparkən bu sevdanı anlatmaq istəyirdim. Rəvan bölgəsi türklərin arasında bir ayrılıq nöqtəsidir. Sevənlərin arasındakı dağlar kimi, çaylar kimi qovuşmağa əngəl, maneə kimidi Rəvan. Onun üçün Rəvan önəmlidir, ilğimizə, qayğımıza möhtacdır.

- Bəs İrəvanın gerçək sahiblərinin bir zamanlar o torpaqlara dönəcəyi ilə bağlı inamımız nə qədərdir?

- Mən sevənlərin qovuğacaşı xoşbəxt sonluğa inanan biriyəm. Bu mənada Türk dünyası qovuşacaqdır, Rəevan artıq arada əngəl olmanın yorğunluğunu daşımayacaq və bu mutluluğa ortaq olacaq. Bizim üçün gərəkli olan məsələ Rəvanı və Rəvanda yaşayanları buna inandırmaqdır. Onun üçün sıx-sıx Rəvana səyahat edəcəyk ki, o torpaqlar bizi unutmasın.


İrəvandakı tarixi Azərbacyan abidəsi – Göyməsciddə

İrəvanda kommunistlərin çay evində

İrəvan – Teatr meydanı

Görəsən erməni alimi anlayırmı bozqurd işarəsini?

Erməni gəncləri hələ nəyin baş verdiyinin fərqində deyil 

Göyçə gölünün qırağında


Aqil Camal

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?