Modern.az

İsa Qəmbər: “Heydər Əliyev Mərkəzinin yanması bir itkidir”

İsa Qəmbər: “Heydər Əliyev Mərkəzinin yanması bir itkidir”

21 İyul 2012, 13:21

Bu gün İctimai Palatanın sessiyası keçirilir. Modern.az xəbər verir ki, sessiyada Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli ilə yanaşı Koordinasiya Şurasının digər üzvləri də iştirak edirlər. Sessiyaya AXCP sədri Əli Kərimli sədrlik edir.

İctimai Palatanın iclasında Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı fikir mübadiləsi aparılıb. Müsavat başqanı İsa Qəmbər dünən baş verən hadisənin bir itki olduğunu bildirib.

“Bu yanğın təbii ki, bir itkidir. Yanğının səbəbləri ilə bağlı müxtəlıif versiyalar mövcuddur. Yanğının səbəbi xaricdən də olar bilər. Təbii ki, belə ehtimal da qaçılmazdır. Həmçinin hakimiyyətdaxili ziddiyyətlərdən də olar”, - deyə İsa Qəmbər vurğulayıb.

Qeyd edək ki, İctimai Palatanın sessiyası hazırda davam edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?