İyulun 22-də Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə idartə etdiyi avtomobili ilə Mərdəkan yolunda qəzaya uğrayıb. Deputatın maşını yol hərəkətini kobudcasına pozan "KİA" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində deputatın ayağı zədə alıb, maşında olan digər şəxslər isə heç bir xəsarət almayıb. Millət vəkili "musavat.com"-a açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, hazırda evindədir və səhhəti normaldır.
Modern.az