Modern.az

Laçının azad olunması münasibətilə avtoyürüş keçirilib - FOTO

Laçının azad olunması münasibətilə avtoyürüş keçirilib - FOTO

Aktual

1 Dekabr 2020, 14:10

Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.

 

Modern.az-ın məlumatına görə, müraciətdən sonra Bakı sakinləri Su İdman Sarayından üzü Şəhidlər Xiyabanı istiqamətində avtomobillərlə yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb - liseyindən yürüşə start verib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu