Modern.az

Ukrayna Azərbaycana yeni reys açır

Ukrayna Azərbaycana yeni reys açır

Aktual

1 Dekabr 2020, 15:26

Ukraynanın "SkyUp Airlines" aviaşirkəti Zaporojye şəhərindən Bakıya reyslər təşkil edəcək.

 

Modern.az-ın bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinə istinadən məlumat verir.

 

Qeyd olunur ki, şirkət tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlar keçirəcək.

 

Reyslər 2021-ci il martın 28-dən başlayacaq.

 

Xatırladaq ki, "SkyUp Airlines" noyabrın 30-dan başlayaraq Bakı-Kiyev marşrutu ilə çarter reysləri keçirir. Bu reyslər Ukrayna vətəndaşlarına öz ölkələrinə qayıtmağa imkan verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu