Modern.az

Rusiya MN-dən Laçınla bağlı AÇIQLAMA

Rusiya MN-dən Laçınla bağlı AÇIQLAMA

1 Dekabr 2020, 17:00

Rusiya Müdafiə Nazirliyi Laçın rayonu ilə bağlı məlumat yayıb.

"Laçın rayonu Azərbaycana təhvil verilib, Laçın dəhlizinə isə rusiyalı sülhməramlılar nəzarət edir".

Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

İ.Konaşenkov Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzi barədə də danışıb.

O bildirib ki, atəşkəsə nəzarət üzrə yaradılan mərkəzdə hər iki ölkə üzrə eyni sayda personal yer alacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu