Modern.az

AZAL Əhəd Abıyevin adını “Arzuolunmaz sərnişinlər” siyahısından çıxarıb

AZAL Əhəd Abıyevin adını “Arzuolunmaz sərnişinlər” siyahısından çıxarıb

23 İyul 2012, 17:19

Hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) “Arzuolunmaz sərnişinlər” siyahısında yer alan şəxslərin sayı 82 nəfərdən ibarətdir. Bunu Modern.az saytına açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. AZAL rəsmisi bildirib ki, yaxın günlərdə bu rəqəm 62-yə düşəcək.

““Arzuolunmaz sərnişin” elan edilən 20 nəfərə tətbiq olunan sanksiyanın müddəti yaxın vaxtlarda başa çatdığı üçün onların adı siyahıdan çıxarılacaq”.
M.Səfərli deyib ki, AZAL-ın “qara siyahısı”ndan çıxarılacaq adlar həmin şəxslərin özlərinə də elan ediləcək və onlara sərnişin kimi AZAL-dan bilet almağa icazə veriləcək.

M.Səfərli “qara siyahı”da 27 nəfər xarici ölkə vətəndaşını olan sərnişinin də yer aldığını qeyd edib:

“Ümimiyyətlə “arzuolunmaz sərnişinlər” əsasən təhlükəsizlik kəmərini bağlamaqdan imtina etdiyinə, mobil telefonla danışdığına və təyyarə salonunda siqaret çəkdiyinə görə siyahıya salınıblar. Adları siyahıya düşən şəxslər AZAL-ın reyslərilə uça bilməzlər. Bundan sonra şərtlər daha da ciddiləşib. Siyahıda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, İsrail, Ukrayna kimi ölkələrin vətəndaşları da var. Siyahının əsasını isə azərbaycanlılar təşkil edir”.

Sabiq deputat, Daşkəsən rayonunun hazırki icra başçısı Əhəd Abıyev də bir müddət öncəyədək “arzuolunmaz sərnişinlər” siyahısına salınmışdı. AZAL rəsmisi deyib ki, Abıyevə tətbiq edilən “arzuolunmaz”lıq sanksiyasının müddəti başa çatıb.

Qeyd edək edək ki, AZAL “Arzuolunmaz sərnişinlər” siyahısını ictimaiyyətə açıqlamır. Modern.az həmin siyahını dərc etmək istəsə də, M.Səfərli “biz artıq siyahını açıqlamırıq, bu, yalnız sərnişinlərin özlərinə elan olunur” deyib.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək