Modern.az

Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI

Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI

4 Dekabr 2020, 10:16

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. 

 

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə paytaxtda yoluxma faizi azalıb. Belə ki, bundan əvvəlki göstəricidə Bakıda yoluxma 53,5 faiz təşkil edirdisə, hazırda bu, 52,5 faizdir.

 

Sonrakı yerlərdə 13.1 faizlə Aran, 12.5 faizlə Abşeron, 7.9 faizlə Gəncə-Qazax, 3.4 faizlə Quba-Xaçmaz, 3.3 faizlə Lənkəran, 3.2 faizlə Şəki-Zaqatala, 2.5 faizlə Dağlıq Şirvan,1.3 faizlə Yuxarı Qarabağ bölgələri qərarlaşıb.

 

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma 0,06 faizdən 0.03 faizə qədər azalıb.

 

Ölkə xaricində yoluxanlar bundan əvvəlki göstəricilərdə ümumi xəstələrin 0,7 faizini təşkil edirdis, hazırda 0,4 faizdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI