Modern.az

TQDK keçid ballarının aşağı salınmasına aydınlıq gətirdi - Açıqlama

TQDK keçid ballarının aşağı salınmasına aydınlıq gətirdi - Açıqlama

24 İyul 2012, 16:12

“Bu ilki göstəricilər ötən illə müqayisədə xeyli aşağıdır”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrup üzrə keçid ballarının gözlənilmədən aşağı salınması ilə bağlı açıqlama verib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, keçid ballarının 150 bala endirilməsi abituriyentlərin imtahan nəticələrinin aşağı olması ilə bağlıdır.

“I qrup üzrə imtahan nəticələri artıq dünəndən bəllidir. Nəticələrə əsasən, I qrup üzrə ümumi iştirakçıların orta balı 146-dır. Riyazi meredian isə 99 baldır. Xüsusilə ötən ilin məzunları olan abituriyentlərinin nəticələri daha aşağıdır. 58 min abituryentin nəticələri olduqca aşağıdır. Bu il bildiyimiz kimi, I qrup üzrə 700 bal yığan yoxdur, 690 balı yığan iki nəfər var. TQDK keçən il I qrupda 200 və daha artıq bal toplayan abituryentləri ixtisas seçiminə buraxırdı. Bu il isə öncədən keçid balı 250 olaraq müəyyən edilmişdi. Arzuolunan idi, amma ümumi nəticələr o qədər də ürəkaçan olmadığına görə ixtisas seçiminə 150 balla buraxılmaq qərarı qəbul olundu. 150 balı keçənlərin  sayı 11256 nəfərdir. Hər halda onlardan qəbul olmayanlar da yəqinki olacaq. Xüsusilə aşağı bal toplayanların yəqinki özəl ali məktəblərə qəbul olunmaq imkanları olacaq”, - deyə TQDK rəsmisi vurğulayıb.

Qeyd edək ki, TQDK bu il ali məktəblərə qəbul imtahanları ilə bağlı I qrup üzrə keçid balını 250-dən 150-ə endirib. Elnur Nağızadə bildirib ki,  I ixtisas qrupunun qəbul imtahanlarında 2616 nəfər 0-20, 4140 nəfər 20-40, 3748 nəfər 40-60, 2989 nəfər 60-80, 2410 nəfər 80-100, 1928 nəfər 100-120, 1632 nəfər 120-140, 1453 nəfər isə 140-160 bal nəticə göstərib.
234 nəfər 600-dən yuxarı bal toplayıb. İki nəfər 690 bal yığa bilib. 700 bal toplayan abituriyent yoxdur.


Anar RÜSTƏMOV  
Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?