Modern.az

Daha bir ölkədə erkən parlament seçkiləri keçiriləcək

Daha bir ölkədə erkən parlament seçkiləri keçiriləcək

7 Dekabr 2020, 12:34

Moldovada növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

Modern.az Moldova KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir İon Kiku məlumat verib. Onun sözlərinə görə, erkən seçkilər gələn il baş tutacaq. İ.Kiku əlavə edib ki, dəqiq tarix siyasi qüvvələrin müzakirəsindən sonra açıqlanacaq.

 

Qeyd edək ki, parlament respublikası olan Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu və tərəfdarları hökumətin dərhal istefasını və yeni parlament seçkiləri keçirilməsini tələb edirdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI