Respublikanın baş pediatrı: “Ana uşağının əyriayaq olmasını istəmirsə...”
“Uşaqlarda ayaq əyriliyi pamperslə əlaqəlidir”. Bu rəy mübahisəli də olsa, yaşlı nəsillə gənc nəsil arasında mübahisə mövzusudur. Üstünlüyə malik yaşlı nəsil iddia edir ki, uşaqlar 3-4 aylığına qədər mütləq bələkdə saxlanmalıdır ki, sümüklər bərkisin, ayaqlar da düz inkişaf etsin. Təbii ki, gənc analar da özlərinə məxsus dəlillər gətirərək onların fikirləri ilə razılaşmır.
Elə Modern.az da ana olacaq qadınların bu mövzuda maraqlarını təmin etmək üçün mütəxəssislərə müraciət edib.
Respublikanın baş pediatrı Nəsib Quliyev pampersin bir sıra ziyanlı tərəfini qeyd etsə də, uşaqların əyriayaq olması ilə heç bir əlaqəsinin olmadığını bildirdi.
“Uşaq ayağının əyri olmağına “pampers”in xüsusi bir təsiri yoxdur. Ayağın əyriliyi bədəndə olan kalsium çatışmamazalığından yarana bilər. Bu bədənin özündə olan xəstəliklə bağlıdır. Ana uşağının əyriayaq olmasını istəmirsə, onu öz südləri ilə qidalandırsınlar. Ziyanlı tərəfinə gəldikdə isə, pampers süni yolla yaradılmış bir şeydir. Həm onun tərkibində təbii material olmadğına görə zərərlidir. Eyni zamanda təbiətin bir qanunu var ki, ifrazat üzvülərinin ifraz etdiyi tullantı kənara çıxmalıdır. Uşağın bədənində qalmalı deyil. “Pampers”lə biz sünü yolla depo yaradıb onu saxlayırıq. Bu da uşaqlarda cürbəcür problemlər yaradır. Xüsusi ilə də alergik reaksiyalar, pişməcələr, narahatçılıqlar əmələ gətirir. Yaxşı olar ki, analar “pampers”i yalnız gecə yatanda, məcburiyyət qarşısında qalanda istifadə etsinlər. Mən tərəfdarıyam ki, uşaq bədəni pambıqla təmasda olsun. “Pampers”də iki saat vaxt kifayət edir ki, sidik uşağın dərisində zədələnmə törətsin”.
Qeyd edək ki, həkimlərin bir çoxu pampersdən oğlan uşaqlarına istifadə edilməsini daha zərərli hesab hesab edir. Hətta dünya təşkilatlarının bununla bağlı konkret tövsiyələri var.
Şahanə Rəhimli