Modern.az

Mais Səfərlinin bacısı: “Xəstəliyi ağır keçirdi, böyrəyi sıradan çıxdı”

Mais Səfərlinin bacısı: “Xəstəliyi ağır keçirdi, böyrəyi sıradan çıxdı”

8 Dekabr 2020, 16:03

Sabiq deputat, Yurddaş Partiyasının sədri Mais Səfərli dekabrın 7-də dünyasını dəyişib. 62 yaşlı partiya sədrinin ölümünə səbəb koronavirusa yoluxma olub.


Mais Səfərlinin bacısı  Gülayə Quliyeva Modern.az-a açıqlamasında qardaşının ciddi xəstəliyinin olmadığını bildirib:


“Mais müəllimi koronavirus infeksiyasına yoluxduğuna görə oktyabrın 23-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirdik. Digər ciddi bir xəstəliyinin olmamasına baxmayaraq, Mais müəllim koronavirusu çox pis keçirdi.

Prezidentin tapşırığı ilə Mais müəllim ciddi nəzarətə götürülərək, ona xüsusi diqqət göstərildi. Prezident tərəfindən biz həm maddi, həm də mənəvi dəstək gördük».

 

Mərhumun bacısı qardaşının sağalması üçün diqqət göstərən hər kəsə minnətdarlığını da qeyd edib:


“Həmçinin, Prezident Adiminstrasiyasının Siyasi partiyalar və qanunveriçilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədova, eləcə də, qardaşımın səhhəti ilə maraqlanan media işçilərinə də təşəkkür edirəm. Mais müəllimin sağalması üçün dövlət öz dəstəyini əsirgəmədi. Çox təəssüf ki, xəstəliyi ağır keçirdiyi üçün böyrəyi sıradan çıxmışdı. Prezident Administrasiyasından Məmmədbağır Məmmədov və Sahibə Salahova dünən dəfn mərasimində  iştirak etdilər. Siyasi partiyalardan çox sağ olsunlar başsağlığı verirlər, amma xəstəliyi dövründə maraqlanmamışdılar.

Bu günlərdə vəziyyət gərgin olduğu üçün heç kəsdən incimirik”.



Fidan İlqarqızı

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI