Piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən yol kəsişmələrində işlər yekunlaşdırılmaq üzrədir.
BNA-dan Modern.az-a verilən məlumata görə, həmin işlər aşağıdakəlardır:
"yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi;
80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.
Ümumilikdə həyata keçirilən bu tədbirlər:
yol kəsişmələrində təhlükəsizliyi artırır;
piyadaların rahatlığını təmin edir;
piyada keçidlərindən istifadəni stimullaşdırır;
əlçatanlığın artırılmasına şərait yaradır.
Mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcək".