Modern.az

Keçmiş deputat Xeyriyyə Fondu yaratdı

Keçmiş deputat Xeyriyyə Fondu yaratdı

8 Dekabr 2020, 16:30

“Bu gün "Bəydəmirli Xeyriyyə Fondu"nun təsis sənədləri dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərildi...”.

Modern.az-ın məlumatına görə, bunu sabiq deputat Nazim Bəydəmirli bildirib.

O qeyd edib ki, fond yaratmaq 1-ci və 2-ci Qarabağ müharibəsində Şəhid olmuş şəxslərin ailə üzvlərinə, həmçinin Qazilərimizə ə pulsuz tibb yardım göstərmək üçün bir ailə təşəbbüsüdür...

“Fond nizamnamə kapitalı 10 min manat, ilkin əmlakı 290 min manat olmaqla Bakı şəhərində təsis edilir. Qeydiyyat sonrası ictimaiyyətə geniş təqdim ediləcək və fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik işinə töhfə verəcəyinə, nümunə olacağına əminliyim var..”.

Xatırladaq ki, Nazim Bəydəmirli həm də iş adamı kimi fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI