Modern.az

Türkiyədə koronavirusdan ölənlər artdı

Türkiyədə koronavirusdan ölənlər artdı

8 Dekabr 2020, 23:22

Türkiyədə son 24 saat ərzində koronavirusdan (COVİD-19) daha 211 nəfər vəfat edib ki, bu da bir gündə ölüm sayına görə ən yüksək göstəricidir.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, bunula da koronavirusdan ölənlərin ümumi sayı 15 314 nəfərə çatıb.

 

Bu gün Türkiyədə daha 6 593 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 552 304 nəfərə çatıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI