Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.
Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.
Beləliklə, Azərbaycanın Çexiyadakı səfirini tanıyırsınızmı?
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə 1967-ci ildə, avqustun 11-də Rusiyanın Qorki şəhərində anadan olub. 1989-cu ildə Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. 1989-1990-cı illərdə Sovet İttifaqında Xarici İşlər Nazirliyində çalışıb. 1996-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbəsinin 2-ci katibi vəzifəsini tutub.
1997-2004-cü illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin 2-ci, 1-ci katibi olub, daha sonra isə səfirlikdə müşavir kimi çalışıb.
2005-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti Departamentində direktor olub.
2007-ci il 22 fevral tarixindən indiyədək Azərbaycanın Çexiyadakı səfiri postunda çalışır.
Tahir Tağızadə altı dil - Azərbaycan, ingilis, rus, çex, slovak, türk dillərini əla bilir. Hobbisi poeziya, ədəbiyat, musiqi və filmlərdir. Səfir ailəlidir
Nihadə Eyyubova