İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti “Ləyaqət Marşı” keçirilir.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yürüş iştirakçıları "Nikol, get!" şüarı səsləndirirlər.
Xatırladaq ki, ötən iki gün ərzində də “Ləyaqət Marşı” keçirilib. Bu həftə “Vətənin xilası” hərəkatı hər gün yürüş keçirəcək, şənbə günü isə Azadlıq meydanında böyük mitinq olacaq.