Modern.az

Hicran Hüseynovanın yetişdirdiyi aspirant və dissertantlar ondan danışırlar

Hicran Hüseynovanın yetişdirdiyi aspirant və dissertantlar ondan danışırlar

31 İyul 2012, 11:20

“İşinin çoxluğuna baxmayaraq, o bizə həmişə vaxt ayırır”

Modern.az ayrı-ayrı dövlət məmurlarının vəzifə fəaliyyətləri ilə yanaşı, elmi fəaliyyəti ilə bağlı araşdırmalar aparır.

Məmur-alimlərdən biri də Hicran Hüseynovadır. O, hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri olmaqla yanaşı, Bakı Dövlət Universitetinin  “Diplomatiya və müasir inteqrasiya prosesi” kafedrasının müdiridir. “Müasir mərhələdə inteqrasiya prosesləri“, “BTM-də lobbizm“ fənlərini tədris edir,

52 elmi məqalə, 4 monoqrafiyanın müəllifidir. 30-a yaxın aspirant və dissertantın elmi rəhbəri olub.

Müsahibimiz Hicran Hüseynovanın aspirantı Kamal Adıgözəlovdur. O Hicran Hüseynovanın öz aspirantları və dissertantlarına necə vaxt ayırmasından və onlara münasibətindən danışır.

– Elmi işinizin mövzusu nədir?

– Avropa İttifaqının post sovet məkanı siyasətinin geosiyasi aspektləri dissertasiya işimin mövzusudur və Hicran xanım da mənim elmi rəhbərimdir. 

– Müdafiə nə vaxt olacaq?

– Hazırda elmi işimi təhvil vermişəm. Müdafiə Hicran xanımın rəhbərlik etdiyi “Diplomatiya və müasir inteqrasiya prosesi” kafedrasında olacaq.

– Bildiyimiz kimi Hicran Hüseynova eyni zamanda dövlət məmurudur və sıx iş rejimində çalışır. Bir elmi rəhbər kimi sizə kifayət qədər vaxt  ayıra bilirmi?

– Onun iş qrafiki çox sıxdır. Buna baxmayaraq, elmi işi ilə bağlı məsələləri imkan düşdükcə müzakirə etmişik. Eyni zamanda o həmin kafedranın rəhbəridir, həmin məsələlərin müzakirəsi orada da aparılır.

Hicran xanım Bakı Dövlət Universitetində bakalavr təhsili aldığım dövrdə də müəllimim olubdur. Mən onun həmişə qayğısını, diqqətini hiss etmişəm. Ümumiyyətlə, Hicran xanım çox qayğıkeş insandır.

 – Bu qayğıkeşliyin ən böyük göstəricisi kimi nəyi deyə bilərsiniz?

– Ən böyük göstərici işlərinin çox olmağına baxmayaraq O həmişə öz aspirantlarına, doktorantlarına, dissertantlarına elmi işin, elmi fəaliyyətin istiqamətlərini müəyyən qədər müzakirə etmək üçün həmişə vaxt ayırır.

– Heç elə olubmu ki, bu qayğıkeşliyin yerini daha ciddi  tələbkarlıq alsın?

– Hicran xanım çox tələbkardır. O ondan irəli gəlir ki, o elimdə öz sözünü deyə bilmiş alimdir. Onun tədqiqatları beynəlxalq münasibətlərin ən müxtəlif istiqamətlərini əhatə edir. Avropaya inteqrasiya məsələlərini Hicran xanım uzun müddət tədqiq edib. Deməyim odur ki, əsl elm adamı kimi eyni zamanda çox tələbkar bir insandır. Mən elmi işi vaxtından əvvəl bitirmişəm,  mənə elə gəlir ki, bunda  Hicran xanımın özünün də böyük zəhməti olubdur. Onun tövsiyələri, məsləhətləri olmasaydı müəyyən bir məqama qədər gedib çıxa bilməzdim.

– Mən belə başa düşdüm ki, sərt xarakter burada da öz mövqeyini qoruyub saxlayıb?

– Deməzdim ki, o sərt xarakterli insandır. Öz işinə çox məsuliyyətlə yanaşan tələbkar bir insandır. Ola bilər ki, zahirən elə bir təəssürat yaranır.

– Beynəlxalq münasibətlər fakültəsində təhsil alanda  Hicran Hüseynovadan dərs almısınız. Bir müəllim kimi tələbələrini necə tənbeh edirdi?

– Məsələ ondadır ki, mən onun ən nümunəvi tələbəsi olmuşam. Ona görə  mən onun danlağını eşitməmişəm. Şübhəsiz ki ,hər bir insanın müəyyən bir nöqsanları var. Amma o, nöqsanları ardan qaldırmaq üçün danlamaq və s. kimi şeyləri Hicran xanımda görməmişəm. Əksinə uzun müddət təhsil ilə məşğul olan adam kimi bu məsələlərin  texnologiyasının incəliklərini bilir. Və həmişə bir nümunə olub tələbələrinə. Məsələn, o xanım Azərbaycan siyasətşünaslıq elmində beynəlxalq münasibətlər istiqaməti üzə ən aktual mövzuları tədqiq edən alimlərdən biri kimi elm tarixinə düşüb, öz sehrini verib. Çünki  bir tərəfdən siyasi elmlər üzrə Azərbaycanda ilk elmlər doktorlarından biridir. Və mənə elə gəlir ki, o məhsuldar bir alimdir. Vaxtaşırı mətbuatda ictimai-siyasi, vətənpərvərliklə bağlı mövzularda onun yazılarını görürəm. “Sentralniya Aziya i Kafkaz” jurnalında çox maraqlı bir yazısını tapdım və oxudum. Həm alim, ziyalı, dövlət xadimi, ictimai xadim kimi mənə elə gəlir ki,  cəmiyyətimizə yaralı bir insandır.

Hicran xanım o dövrdə ümumiyyətlə yeni bir adam deyildi. Ola bilsin ki, o tədris texnologiyasını yüksək səviyyədə əxz edə bilibdir. Tədris prosesində hansısa bir problemlə üz-üzə gəlməyib, amma mənə elə gəlir ki, tələbələrin Hicran xanıma çox böyük sayğısı hörməti olubdur. Bu da birinci növbədə onunla bağlı idi ki, o xanım şəxsi keyfiyyətləri ilə yanaşı, çox böyük insanın ailəsində dünyaya göz açıb. Şübhəsiz ki, alim, ziyalı kimi bir örnək, nümunədir.

Şahanə Rəhim

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?