Modern.az

Prezidentin ad günündə yaradılan RADİO

Prezidentin ad günündə yaradılan RADİO

24 Dekabr 2020, 10:20

24 dekabr 2015-ci ildə yayıma başlayan "ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb.

Modern.az xəbər verir ki, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio Azərbaycanın  90%-ə yaxın ərazisində yayımlanır.

“ASAN xəbər”, “100 FM-də 100 saniyə xəbər”, “Xüsusi buraxılış”ları ilə ən son xəbərləri operativ çatdırır. Radio yerli və beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır.

“ASAN Radio” sosial çarxlar hazırlayır, həssas qrupları diqqətdə saxlayır. Hazırda pandemiya səbəbindən  xüsusi rejimdə fəaliyyət göstərir. Rəsmilərlə vətəndaşlar arasında birbaşa təmas yaradır.

“ASAN Radio” Bakıda, bölgələrdə və artıq işğaldan azad olunan ərazilərimizdə  100, 96.5, 95.6 və 92.7 FM-də yayımlanır. www.asanradio.az saytı daim yenilənir. 100 FM rəsmi “facebook” səhifəsində izləyici sayı 100 000-ə yaxınlaşan yeganə radiodur.

Gələcək jurnalistlər, tələbə və könüllülər radioda təcrübə keçir.

Həmçinin, "ASAN Radio” 44 günlük informasiya müharibəsinin iştirakçısıdır.

Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən, Qarabağda, Şuşamızda səslənən ilk radiodur.

Zəfərə imza atanlardan gələn xəbəri, gözləyənlərə çatdırdıq! “ASAN Radio” – 5 il yayımda!

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi