London Olimpiadasında çıxış edən Azərbaycan idmançıları onlara bəslənilən ümidləri puç etməkdədirlər. Azərbaycan London Olimpiadasında ümumilikdə 53 idmançı ilə gedib. Modern.az xəbər verir ki, 6 gündən sonra Olimpiadadakı çıxışını uğursuz başa vuran idmançılarımızın sayı 22-yə çatıb.
Yalnız bir idmançı ağırlıqaldıran Valentin Xristov (56 kq) bürünc medal qazanıb.
Uğursuz çıxış edənlər
CÜDO: Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) yeddinci olub, Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova 1/8 finalda uduzub, İlqar Muşkiyev (60 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) ilk döyüşdə uduzublar.
İdman gimnastikası: Şakir Şıxəliyev təsnifat mərhələsini 40-cı pillədə başa vurduğu üçün finala çıxa bilməyib.
Üzgüçülük: Oksana Hətəmxanova (brass, 100 metr) yarımfinala vəsiqə qazana bilməyib, Yevgeni Lazuka (batterflay, 100 metr) yarımfinala vəsiqə qazana bilməyb.
Boks: Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) ilk döyüşdəcə uduzublar, Məhəmməd Əbdülhəmidov (56 kq) 1/8 finalda qələbə qazansa da, sonradan AİBA-nın qərarı ilə ona məğlubiyyət verilib, Soltan Migitinov (75 kq) 1/8 finalda uduzub.
Ağırlıqqaldırma: Boyanka Kostova (58 kq) beşinci, Sərdar Həsənov (69 kq) səkkizinci olub, Əfqan Bayramov (69 kq) çıxışını erkən başa vurub.
Güllə aticılığı: İradə Aşumova 10 metr məsafəyə atışlarda 39-cu, 25 metr məsafəyə yarışlarda isə 23-cü yeri tutub.
Velosiped idmanı: Yelena Çalıx veloşossedə yürüşü başa vura bilməyib. Fərdi yarışlarda isə 20-ci yerlə kifayətlənib.
Qılıncoynatma: Səbinə Mikina 1/8 finalda məğlub olub.
Mübarizəni davam etdirənlər:
Akademik avarçəkmə: Aleksandr Aleksandrov əsas finala, Nataliya Mustafayeva B finalına yüksəlib (7-12-ci yerlər uğrunda)
Boks: Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 finala vəsiqə qazanıb.