Modern.az

İlyas İsmayılov: “Mən Sərdar Cəlaloğluna elə söz deməmişəm”

İlyas İsmayılov: “Mən Sərdar Cəlaloğluna elə söz deməmişəm”

3 Avqust 2012, 16:29

ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında Azərbaycanın 6 rayonunun işğalı ilə bağlı Ədalət Partiyasının sədri İlyas İsmayılovun vaxtilə ona ciddi faktlar açıqladığını bildirib. S.Cəlaloğlun sözlərinə görə, İlyas İsmayılov ona Zəngilan və Qubadlının Abbas Abbasovun göstərişi ilə boşaldıldığını, torpaqların düşmənə verildiyini vurğulayıb.

Söylənənlərlə bağlı İ. İsmayılov Modern.az-a açıqlama verərək deyilənləri təkzib edib.
Deputat S.Cəlaloğluna bu haqda heç nə demədiyini, deyilənlərin yalan olduğunu bildirib. “Belə bir söhbət olmayıb. Sərdar Cəlaloğlunun haqqımda dediyi doğru deyil. Mən onunla bu barədə heç vaxt nə söhbət etmişəm, nə də belə bir hadisənin şahidi olmuşam”, – deyə İ.İsmayılov qeyd edib.

Anar RÜSTƏMOV    
Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?