Modern.az

Bakıdakı özəl universitetlərin rektorları: “Təhsilhaqlarını azaltmağı düşünmürük”

Bakıdakı özəl universitetlərin rektorları: “Təhsilhaqlarını azaltmağı düşünmürük”

3 Avqust 2012, 18:14

Azərbaycan İctimai-Siyasi Universiteti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edərək, təhsilhaqqını aşağı saldığını bəyan edib.
TQDK sədri Məleykə Abbaszadə deyib ki, digər ali məktəblər də həmin universitetə baxıb addımlar ata bilər.

Bəs görəsən digər özəl ali məktəblərdə belə bir addım atmaq haqda düşünürlərmi?  

Modern.az
bu sualla bir neçə özəl ali məktəbə müraciət edib.

“Odlar Yurdu” Universitetinin (OYU) rektoru, deputat Əhməd Vəliyev Modern.az- a açıqlamasında bildirib ki, ödənişlərdə endirimin olması gözlənilmir. Rektor bunun mümkün olmadığını deyib.  

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev bildirib ki, təhsilhaqlarında  endirimlər gözlənilmir.

Qərb Universitetinin ümumi şöbəsnin müdiri Mətanət Qasımova da qiymətlərin aşağı salınmasının gözlənilmədiyini bildirib. Şöbə müdirinin sözlərinə görə, universitet Təhsil Nazirliyinin təsdiqlədiyi qiymətlərə uyğun tələbə qəbulu aparır.  

Azərbaycan Universitetindən də ödənişlərin aşağı salınmasının gözlənilmədiyi deyildi.

Anar Kəlbiyev
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?