Modern.az xəbər verir ki, London Olimpiadasında uğurla yarışan Azərbaycanın yunan-roma güləşçisi Rövşən Bayramov finala çıxıb. 55 kq-da qələbələrini davam etdirən idmançımız yarımfinalda cənubi koreyalı Qyujin Çoy ilə yarışaraq, ona qalib gəlib. Və Rövşən Bayramov finala çıxmaqla ən azı gümüş medalı özü üçün təmin edib.
Finalda Rövşənin rəqibi İran güləşçisi Həmid Muhəmməd Reyhanpur olacaq.
***
Çox təəssüf ki, Rövşən Bayramov finalda iranlı Həmid Muhəmməd Reyhanpura məğlub olaraq gümüş medal qazandı.
Modern.az