Modern.az

II ixtisas qrupunda keçid balı 100 bal aşağı salındı

II ixtisas qrupunda keçid balı 100 bal aşağı salındı

6 Avqust 2012, 17:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  II ixtisas qrupu üzrə müsabiqəyə keçid balını aşağı saldı.
Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Komisiyadan bildirilib ki, II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.  Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, TQDK əvvəlcədən bəyan etmişdi ki, II qrupda müsabiqəyə keçid balı 250 olacaq. Bu isə o deməkdir ki, müsabiqəyə keçid balı 100 bal aşağə salınıb.

 Mail Ağaxanov


Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?