Modern.az

“Yeni vəzifə gözləməyim məndən asılı olan məsələ deyil”

“Yeni vəzifə gözləməyim məndən asılı olan məsələ deyil”

9 Avqust 2012, 17:01

Modern.az sabiq komitə sədri Hidayət Orucovu danışdırdı

Bu il mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilən Hidayət Orucov Modern.az saytına açıalama verib.

Sabiq komtə sədri əməkdaşımıza bildirib ki, hazırda istirahət edir və buna ehtiyacı var: “Dincəlirəm və hələki iş barədə düşünmürəm”.
”Hökumətdən yeni vəzifə gözləyirsinizmi” sualına Hidayət Orucovun cavabı belə olub:
“Bu, mənim gözləyib-gözləməməyimdən asılı olan məsələ deyil.

Amma hazirda dincəlirəm, bir müddet buna ehtiyacım var”

Xatırladaq ki, 68 yaşlı H.Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2006-cı illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri olub.
O, 2006-cı ildən 2012-ci il mayın 31-dək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri idi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?