Modern.az

Daha bir güləşçimiz Olimpiya çempionu oldu - 2-ci qızıl

Daha bir güləşçimiz Olimpiya çempionu oldu - 2-ci qızıl

11 Avqust 2012, 23:52

London Olimpiadasında sərbəst güləşçilərimiz 2-ci qızıl medalı qazandılar.

Bu gün London Olimpiadasında sərbəst güləş üzrə mübarizəyə qoşulan idmançımız Şərif Şərifov da Azərbaycana qızıl qələbə sevinci bəxş etdi.

Şərif Şərifov (84 kq) da yarışa 1/8 finaldan qatıldı. Ş.Şərifov ilk döyüşündə Türkiyə güləşçisi İbrahim Bölükbaşı ilə üz-üzə gəldi. Nəticədə təmsilçimiz 1/4 finala yüksəldi. Ş.Şərifov bu mərhələdə amerikalı Ceyk Hebbertlə güləşdi. O, inamlı qələbə qazanaraq yarımfinala çıxdı. Bu mərhələdə güləşçimizin rəqibi Ehsan Laşgari (İran) oldu. Şərif rəqibinə qalib gələrək finala çıxdı.
Şərifin finalda rəqibi Yusept Espinal (Puerto Riko) oldu.
 
Şərif qələbə çalaraq olimpiya çempionu oldu...

Qeyd edək ki, Şərif Şərifov legionerdi, milliyətcə azərbaycanlı deyil. O, 1988-ci ildə Dağıstanda - Mahaçqala şəhərində anadan olub. Bir neçə ildir Azərbaycan bayrağı altında çıxış edir...



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?