Modern.az

Olimpiadada medal qazanan idmançılarımıza pul mükafatları - Məbləğ

Olimpiadada medal qazanan idmançılarımıza pul mükafatları - Məbləğ

Ölkə

12 Avqust 2012, 00:24

Prezident İlham Əliyevin sərəncamı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında qalib gələn Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edilib.

Modern.az-ın məlumatına görə, sərəncama əsasən, Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün müəyyən pul mükafatları aşağıdaki kimi müəyyən edilib.

Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat; ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat veriləcək.

Bundan başqa, Milli Olimpiya Komitəsi tərəfindən də birinci yeri tutan idmançıya 200 min manat mükafat veriləcək.
 
İdmançılara onların təmsil etdiyi federasiyalar tərəfindən də yüksək pul mükafatı veriləcək. Bundan başqa, bəzi aparıcı şirkərlət olimpiya çempionu olan idmançılarımıza Bakıda mənzil, eləcə də “Porshe” avtomobili verəcək.

***

Ölkə başçısının digər sərəncamı ilə Londonda keçirilən  XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri də mükafatlandırılacaq.

Sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;. üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat nəzərdə tutulub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?