53 idmançı ilə London Olimpiadasında çıxış edən Azərbaycan yığma komandası çıxışını başa vurub. Bu idmançılardan 10-u medal qazanıb – 2 qızıl, 2 gümüş, 6 bürünc.
Medal qazananlar:
Ağır atletika: Valentin Xristov (56 kq) bürünc medal qazanıb.
Güləş: Rövşən Bayramov (55 kq) yunan-roma güləşində gümüş, Emin Əhmədov (74 kq) isə bürünc medal qazanıb.
Qadın güləşçilər Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç isə (55) bürünc medala sahib çıxıb.
Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov Olimpiya çempionu olub!
Xetaq Qazyumov (96 kq) bürünc medal qazanıb.
Boks: Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medal qazanıb.
Uğursuz çıxış edənlər:
Cüdo: Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) yeddinci olub, Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova 1/8 finalda uduzub, İlqar Muşkiyev (60 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) ilk döyüşdəcə uduzublar.
İdman gimnastikası: Şakir Şıxəliyev təsnifat mərhələsini 40-cı pillədə başa vurduğu üçün finala çıxa bilməyib.
Üzgüçülük: Oksana Hətəmxanova (brass, 100 metr) yarımfinala vəsiqə qazana bilməyib, Yevgeni Lazuka (batterflay, 100 metr) yarımfinala vəsiqə qazana bilməyb.
Boks: Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) elə ilk döyüşündəcə uduzublar, Məhəmməd Əbdülhəmidov (56 kq) 1/8 finalda qələbə qazansa da, sonradan AİBA-nın qərarı ilə ona məğlubiyyət verilib, Soltan Migitinov (75 kq) və Yelena Vıstropova (75 kq) 1/8 finalda uduzub.
Ağır atletika: Boyanka Kostova (58 kq) beşinci, İntiqam Zairov (94 kq) altıncı, Sərdar Həsənov (69 kq) səkkizinci olub, Əfqan Bayramov (69 kq) çıxışını erkən başa vurub. Veliçko Çolakov isə yarışdan öncə zədələndiyi üçün, Olimpiadada çıxış edə bilməyib.
Güllə atıcılığı: İradə Aşumova 10 metr məsafəyə atışlarda 39-cu yeri tutub. 25 metr məsafəyə yarışlarda isə 23-cü yerlə kifayətlənib.
Velosiped idmanı: Yelena Çalıx veloşossedə yürüşü başa vura bilməyib. Fərdi yarışlarda isə 20-ci yerlə kifayətlənib.
Qılıncoynatma: Səbinə Mikina 1/8 finalda məğlub olub.
Akademik avarçəkmə: Aleksandr Aleksandrov turniri 5-ci, Nataliya Mustafayeva 12-ci pillədə başa vurub.
Avarçəkmə: Kanoe növündə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlı – Maksim Prokopenko Olimpiya dördüncüsü olub. 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayan Valentin Demyanenko isə elə ilk cəhdindəcə mübarizəni dayandırıb.
Yüngül atletika: Dmitri Marşin (çəkicatma) finala vəsiqə qazana bilməyib. Layeş Abdullayeva 5000 m məsafəyə qaçışda finala çıxa bilməyib. Hayle İbrahimov 5000 metr məsafəyə final yarışlarında 9-cu olub.
Atçılıq: Camal Rəhimov ikinci təsnifat mərhələsində məğlub olub.
Güləş: Səman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq) yunan-roma güləşində ilk döyüşdəcə məğlub olub, Həsən Əliyev (60 kq) isə yarımfinalda uduzub. Sərbəst güləşdə Əşrəf Əliyev (74 kq) 1/4 finalda, Camaləddin Məhəmmədov (120 kq) ilk döyüşdəcə məğlub olub, Cəbrayıl Həsənov (66 kq) altıncı olub.
Taekvondo: Fəridə Əzizova (67) start döyüşündə, Ramin Əzizov (80 kq) ikinci görüşündə məğlub olub.
Gimnastika: Aliyə Qarayeva dördüncü yeri tutub.