Modern.az

Azərbaycanda müəllimlərin yay məzuniyyəti başa çatdı

Azərbaycanda müəllimlərin yay məzuniyyəti başa çatdı

Ölkə

15 Avqust 2012, 12:48


Azərbaycanda orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb və onlar avqustun 15-dən işə çıxmağa başlayıblar. Baxmayaraq ki, yeni dərs ilinin başlanmasına hələ bir aydan çox vaxt qalır. Məlumat Modern.az saytına Təhsil Nazirliyindən verilib.

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılır. Təhsil Nazirliyindən verilən məlumata görə, orta məktəblərində çalışan müəllimlər üçün dərs bölgüsünə görə, həftəlik dərs yükü 24 saatdan çox olmamalıdır.
Çünki orta məktəblərdə çalışan müəllimlərin həftəlik iş yükünün 24 saat olması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var.

Hazırda 6 yaşı tamam olan uşaqların da orta məktəblərdə birinci sinfə qəbulu aparılır. Təhsil Nazirliyinin məlumatına görə, 2012-2013-cü tədris ilində respublikada ümumi təhsil məktəblərinin I sinifə 130 min 454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış