Modern.az

Ali məktəblərə boş qalan yerlərə əlavə yerləşdirmə olacaq

Ali məktəblərə boş qalan yerlərə əlavə yerləşdirmə olacaq

Ölkə

17 Avqust 2012, 23:12

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələri əsasında ixtisaslara yerləşdirmənin nəticələrini açıqlayıb.

TQDK-dan Modern.az saytına bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.  

Həmin yerlərə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). 

Həmin jurnalın elektron versiyasını  internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaqdır.  

Qeyd edək ki, Ramazan bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar  TQDK  avqustun 22-dən işləyəcək.  


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış