Modern.az

Dünyanın ən güclü qadınları - SİYAHI

Dünyanın ən güclü qadınları - SİYAHI

Ölkə

23 Avqust 2012, 12:25

“Forbes” jurnalı “dünyanın ən güclü 100 qadını”nı seçib. Modern.az xəbər verir ki, siyahıya Almaniyanın baş naziri Angela Merkel başçılıq edir.

“Dünyanın ən güclü 100 qadını” siyahısında dünyanın siyasi, iqtisadi və xeyirsevərlik sahəsində ikinci yeri ABŞ dövlət katibi Hillari Klinton, üçüncü yeri isə Braziliyanın prezidenti Dilma Russef tutur.

Araşdırmaya görə, siyahıda yer alan qadınların siyasi və iqtisadi gücləri ilə bərabər, eyni zamanda mediada tez-tez görünür və cəmiyyət üzərində təsirləri var.

Müğənni Lady Gaga siyahıda 14-cü yerdədir. 26 yaşında ulduz siyahıdakı ən gənc qadın oldu. Siyahının ən yaşlı qadını isə 26-cı yerdə qərarlaşan İngiltərə kraliçası II Elizabetdir.

Türkiyə də bir qadınla siyahıda özünə yer tapıb. Belə ki, “Sabançı Holdinq”in rəhbəri Gülər Sabancı siyahıda 93-cü yerdədir.

Ən güclü on qadın siyahısı isə belədir:

Angela Merkel 

Hillari Klinton

Dilma Russeff

Melinda Qeyts

Cill Abramson

Soniya Gandi

Mişel Obama

Kristin Laqard

Janet Napolitano

Şerly Sandberq

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış