Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.
Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.
Beləliklə, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirini tanıyırsınızmı?
Elxan Cahangir oğlu Qəhrəmanov 1965-ci il, aprelin 22-də Bakı şəhərində anadan olub. 1982-1989-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1983-1985-ci illərdə hərbi xidmətdə olub.
1989-1991-ci illərdə Elmlər Akademiyasında, “Örnək” nəşriyyatında redaktor işləyib. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci katib, 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federadiv Respublikasındakı səfirliyində ikinci katib, 1997-1998-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ikinci katib, 1998-1999-cu illərdə isə Nazirlikdə birinci katib kimi çalışıb.
1999-2001-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2000-ci ilin avqust ayında Vyana Diplomatik Akademiyasında, 2001-ci ilin yanvar ayından 2006-cı ilədək Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində birinci katib, 2006-cı ilin yanvarından, 2006-cı ilin mart ayına kimi Azərbaycan Respublikasının Dubaydakı konsulu olub.
2006-cı ilin aprel ayından, 2007-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri işləyib. 2007-ci ilin oktyabr ayından 2009-cu ilin noyabr ayına kimi Azərbaycan Respublikasını Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində Müvvəqəti İşlər İdarəsinin vəkili işləyib.
2009-cu ilin noyabr ayından Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin fövqaladə və səlahiyyətli səfiridir.
Səfir türk, rus, ingilis dillərini bilir. Evlidir, bir qızı var.
Nihadə Eyyubova