Modern.az

Araz Əzimov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar getmir”

Araz Əzimov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar getmir”

27 Sentyabr 2012, 12:59

“Mən mətbuatda tez-tez Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “danışıqlar” ifadəsi ilə rastlaşıram. Amma danışıqlardan çoxdan söhbət getmir”. Modern.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, hərdən ayrı-ayrı vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müvafiq səviyyədə görüşlər keçirilir: “Amma konkret zaman çərçivəsində, gündəlik əsaslarda, eyni çərçivədə konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesi hal-hazırda mümkün deyil. Ona görə də həmsədrlərin səfərləri təsirli ola bilməz. Onlar Azərbaycana gəlib burda mövqeyi öyrənirlər, Ermənistana da gedirlər, sonra isə beynəlxalq təşkilatlar çərçivəsində - BMT-də, ATƏT-də görüş keçirib müzakirənin davam etdiyini deyirlər”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?