Millət vəkili Sabir Rüstəmxanlı deputat həmkarı Siyavuş Novruzovun Güney Azərbaycanla bağlı parlamentdə səsləndirdiyi fikirlərə etiraz edib. Modern.az-ın məlumatına görə, Milli Məclisin iclasında çıxış edən S.Rüstəmxanlı bildirib ki, hazırda dünyada İrana qarşı böyük bir plan mövcuddur.
“Biz ABŞ Konqresininin dediklərini dəstəkləmək əvəzinə, ona etiraz edirik. Bu düzgün deyil. Siyavuş Novruzovun çıxışı ilə bağlı demək istərdim ki, bu tam yersiz çıxışdır. Biz Güney Azərbaycanla bağlı, İranla bağlı məsələyə öz mövqeyimizi bildirməliyik. İndi İran hədəfdədir. İranın strateji maraqları birbaşa Azərbaycana qarşı yönəlib. Onların atom silahları var, bu da bizə qarşı yönəlib. Bunu bilməliyik ki, İran bizə qarşıdır. İran hər tərəfdən milli maraqlarımızın əleyhinə işləyir. Vətəndaş olaraq, Güney Azərbaycan məsələsinə dəstək vermək borcumuzdur”, -deyə S.Rüstəmxanlı bildirib.