Türkiyənin səkkizinci prezidenti Turqut Özalın məzarı yaxın bir neçə saat ərzində açılacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən eks-prezidentin məzarının açılması üçün onun dəfn olunduğu qəbristanlığa iki ağır texnika cəlb olunub. İlkin məlumatlara görə, məzar yaxın bir neçə saat ərzində açılaraq Turqut Özalın nəşi ekspertiza üçün götürüləcək.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə müəmmalı şəkildə dünyasını dəyişib. Sabiq prezidentin ailəsinin israrlı təkidlərindən sonra Türkiyə hökuməti T.Özalın məzarının açılması haqda qərar qəbul edib.
Modern.az