Modern.az

III siniflərin bütün dərslikləri yenidən nəşr olunacaq

III siniflərin bütün dərslikləri yenidən nəşr olunacaq

12 Fevral 2010, 11:12

Təhsil Nazirliyi 2010-2011-ci dərs ili üçün bəzi sininflər üzrə yeni dərsliklərin nəşrini planlaşdırır. Modern.az nazirliyin dərslik və nəşriyyat şöbəsinə istinadən xəbər verir ki, bu il I siniflər üçün 14 adda, III sininflər üçün Kurrikulum əsasında 40 adda dərslik və müəllimlər üçün vəsaitin hazırlanması nəzərdə tutulur. Bu kitablar Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap ediləcək. VI, VIII-XI siniflər üçün də 57 adda yeni dərsliklərin çap edilməsi planlaşdırılır.   Ümumiyyətlə, 2010-2011-ci dərs ilində 111 adda dərslik və müəllimlər üçün vəsaitin hazırlanması nəzərdə tutulur.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi