Modern.az

“Gülər Əhmədova BDU-dakı dərslərinə vaxtı-vaxtında gəlir” - AÇIQLAMA

“Gülər Əhmədova BDU-dakı dərslərinə vaxtı-vaxtında gəlir” - AÇIQLAMA

Ölkə

15 Noyabr 2012, 14:16

Sabiq deputat Gülər Əhmədovanın ölkəni tərk etdiyi barədə xəbər yayılıb. Hüquq-mühafizə orqanlarından Modern.az-a bildirilib ki, bu barədə onlarda məlumat olmasa da, qanunla eks-deputatın ölkədən çıxmasına qadağa qoyulmayıb.

Bakı Dövlət Universitetindən isə saytımıza deyiblər ki, Gülər Əhmədova bu ali təhsil ocağında müəllimlik fəaliyyətini davam etdirir.
“O, sonuncu dəfə keçən həftə dərsində iştirak edib. Dərslərinə vaxtı-vaxtında gəlir, normal olaraq, tədrisdə iştirak edir”-deyə BDU-dan bildirilib.

Qeyd edək ki, Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının  müəlliməsidir. O, universitetdə yarımştat işləyir

G.Əhmədova məlum videoqalmaqalla bağlı deputat mandatından məhrum edilib.

Respublika Prokurorluğu ABU-nun keçmiş rektoru Elşad Abdullayevin G.Əhmədova ilə bağlı yaydığı videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.

Gülər Əhmədova həm də Respublika Uşaq Təşkilatının sədri, “Mərkəz” qəzetinin baş redaktorudur. 

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?