Bakı şəhər İcra Hakimiyyəti müxalifyönlü gənclərin noyabrın 17-nə təyin etdiyi etiraz aksiyasının“Fəvvarələr meydanı”nda keçirilməsinə icazə verməyib. Bu barədə Modern.az saytına AXCP-nin Gənclər Təşkilatından məlumat verilib.
Bakı meriyası cavabında “Fəvvarələr meydanı”nda etiraz aksiyalarının keçirilməsinə qanunvericiliklə icazə verilmədiyini bildirib.
Müxalifyönlü gənclər isə Bakı şəhər İcra Hakimiyyətinin “yox” cavabına baxmayaraq “Parlament buraxılsın!” şüarı ilə etiraz aksiyalarını keçirəcəklərini bildirirlər.
Anar