Modern.az

Məşhur YAP-çı müğənni Rəsul Quliyevlə dost oldu

Məşhur YAP-çı müğənni Rəsul Quliyevlə dost oldu

16 Noyabr 2012, 16:30

Modern.az-ın məlumatına görə, Azərbaycanın tanınmış müğənnisi, xalq artisti, hər zaman çıxışlarında Yeni Azərbaycan Partiyasını dəstəklədiyini bildirən Bilal Əliyev facebook sosial şəbəkəsində eks-spiker Rəsul Quliyevlə dost olub. İfa etdiyi mahnılarında hakimiyyəti sevə-sevə tərənnüm edən müğənninin hazırda mühacirətdə yaşayan Rəsul Quliyevlə sosial şəbəkədə dost olması maraq doğurur. Xalq artistinin facebook-dakı profilindən Müsavat Ali Məclisinin sədri Arif Hacılı, AXCP Ali Məclisin sədri Həsən Kərimov, Nurəddin Məmmədli, KXCP funksioneri Xəzər Teyyublu və bir sıra tanınmış müxalifət nümayəndələri ilə də dostluq etdiyi məlum olub.

 

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü