Modern.az

Misir Mərdanov müəllimlərin maaşı ilə bağlı yeni əmr imzaladı

Misir Mərdanov müəllimlərin maaşı ilə bağlı yeni əmr imzaladı

Ölkə

17 Noyabr 2012, 18:03

Təhsil naziri Misir Mərdanov Nazirlər Kabinetinin dövlət ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarına dair müvafiq qərarının icrasını təmin etmək məqsədilə əmr imzalayıb.

Bu barədə Modern.az saytına Təhsil Nazirliyindən məlumat verilib.

Nazir Misir Mərdanov əmrə müvafiq olaraq dövlət ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib. Belə ki, rektorlara tapşırılıb ki, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirildiyi üçün, onlar rəhbərlik etdikləri ali məktəblərdə çalışan işçilərin vəzifə maaşlarının əmək qanunvericiliyinin və müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə sərbəst şəkildə müəyyən etsinlər.

Rektorlar işçilərlə əmək qanunvericiliyinin tələblərinə uyğun müqavilələrin bağlanılmasını təmin etməlidirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?