Modern.az

Müsavatdan sərt reaksiya: “Abutalıbov özünü pis vəziyyətdə qoydu”

Müsavatdan sərt reaksiya: “Abutalıbov özünü pis vəziyyətdə qoydu”

21 Noyabr 2012, 15:15

“Hakimiyyət bizə Bakı Kristal Zalı söz vermişdi”

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin qurultay keçirmək üçün onlara alternativ yerlərin verilməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib. Qurumun şöbə müdiri Zaur Ramazanovun fikrilərinə sərt reaksiya verən Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, Hacıbala Abutalıbov onlara yer verməməklə özünü çətin vəziyyətə qoyub.

“Onların bizə təklif etdiyi yerlərdən nəinki Müsavat Partiyası, həm də onlara yaxın olan BAXCP də imtina etdi. Yeni Azərbaycan Partiyasının təmsilçiləri hər yerdə bəyan edirlər ki, biz Müsavat Partiyasına qurultay keçirmək üçün şərait yaratmağa tam hazırıq. Lazım gələrsə bizə Bakı Kristal Zalı belə verməyə hazır olduqlarını bildirmişdilər.

Əslində Azərbaycan hakimiyyəti Müsavat Partiyasına yer verməməklə bunu Bakı şəhər İcra Hakimiyyətinin əli ilə həyata keçirdirlər. Özlərini çətin vəziyyətdə qoyurlar. Müsavat Partiyası qurultay keçirmək əzmindədir, bütün texniki-təşkilati işlər görülüb. Yer vermək isə Bakı şəhər İcra hakimiyyətinin bilavasitə borcudur. Əgər onlar bu vəziyyətdən özlərini çıxmış hesab edirlərsə çox yalnış hesab edirlər. Onlar bizə yer verəcəklər, biz də qurultayımızı keçirəcəyik”, - deyə G.Aslanlı vurğulayıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-a açıqlamasında qurultay məsələsinin gündəlikdə olmadığını bildirərək, Müsavat Partiyasına alternativ yerlərin ayrılmayacağını açıqlayıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?